04:00 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
114920

Boş vaxtını başqa şəkildə keçirən insanlarla müqayisədə, televizor alüdəçilərində venoz tromboza tutulma riski 1,7 dəfə daha yüksəkdir

BAKI, 25 fevral — Sputnik. "Mavi ekranlar" qarşısında uzun müddət vaxt keçirmək insan orqanizmində venoz damarlarda tromboz riskini artırır.

Sputnik Azərbaycan "Science Daily"yə istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Minnesota Universitetindən olan alimlər gəlib.

Tədqiqat qrupu 24 il aparılan müşahidələr ərzində 15 minə yaxın amerikalı haqqında toplanmış məlumatları təhlil edib. Müşahidələrdə həmin insanların sağlamlıq durumları araşdırılıb. 691 nəfərdə venoz tromboz aşkarlanıb.

Müəyyən olunub ki, bərabər fiziki yüklənmə şəraitində, boş vaxtını başqa şəkildə keçirən insanlarla müqayisədə, televizor alüdəçilərində venoz tromboza tutulma riski 1,7 dəfə daha yüksəkdir.

"Bu nəticələr onu göstərir ki, mütəmadi olaraq idmanla məşğul olan insanlar belə uzun müddət televizora baxmağın insan orqanizminə potensial mənfi təsirinə göz yummamalıdır", — deyə elmi araşdırmanın həmmüəllifi Yasuxiko Kubota bildirib.

Venoz tromboz damarlarda trompların əmələ gəlməsi ilə müşahidə olunur. Bu prosesə daha çox ayaq damarlarında rast gəlinir. Xəstəlik fəsadlaşma halında ağciyər arteriyasının tıxanmasına gətirib çıxara bilər. Bu isə vaxtında müalicə olunmadıqda əksər hallarda insanın ölümü ilə nəticələnir.

Teqlər:
ziyan, ölüm, risk, televizor

Əsas mövzular