Türkiyə XİN: ABŞ-ın qərarı son dərəcə narahatedicidir

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın Təl-Əvivdəki səfirliyini may ayında Qüdsə köçürəcəyinə münasibət bildirib

BAKI, 24 fevral — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Təl-Əvivdəki səfirliyini may ayında Qüdsə köçürəcəyinə münasibət bildirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN-dən verilən yazılı açıqlamada ABŞ-ın Qüds qərarının son dərəcə narahatedici olduğu bildirilib.

Açıqlamada deyilir ki, Türkiyə, Fələstin xalqının qanuni hüquqlarının qorunması üçün beynəlxalq cəmiyyətin əksəriyyəti ilə birlikdə səy göstərməyi davam etdirəcək.

Bildirilib ki, bu qərar ABŞ-ın beynəlxalq hüququ, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qüdslə bağlı qərarlarını pozaraq sülhə ziyan vurmaqda israr etdiyini göstərir.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. ABŞ Dövlət Departamenti Amerika səfirliyinin Qüdsə köçürüləcəyi tarixi açıqlayıb. Dövlət Departamenti köçürmənin 2018-ci ilin may ayında baş tutacağı barədə məlumat yayıb. Səfirliyin İsrail Dövlətinin 70-illiyi ilə eyni tarixdə təsadüf edəcəyi qeyd olunur.

Xəbər lenti
0