10:52 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
S-400

ABŞ "S-400"-lərə görə Türkiyəni sanksiya ilə hədələdi

© Sputnik / Sergei Malgavko
DÜNYA
Qısa URL
408 0 0

“Bu, Türkiyəni ABŞ Konqresində yeni qəbul edilən qanun çərçivəsində sanksiyalarla qarşı-qarşıya qoya bilər”

BAKI, 24 fevral — Sputnik. ABŞ Dövlət Departamentinin rəsmiləri Türkiyənin Rusiyadan "S-400" zenit-raket sistemləri almasına görə, ABŞ sanksiyaları ilə qarşılaşa biləcəyini deyiblər.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, rəsmi Vaşinqton gözlənilmədən fəallığını artırıb. Belə ki, Rusiya ilə "S-400" zenit-raket sistemləri müqaviləsinin pozulmasını arzulayan ABŞ rəhbərliyi Türkiyə ilə yeni hava müdafiə sistemi məsələsini həll etməyi təklif edir.

S-400 Air Defense Systems
© Sputnik / Mikhail Mokrushin

ABŞ hökumətinin adı çəkilməyən rəsmisi Türkiyə ilə ABŞ arasında yaşanan böhranın ortadan qaldırılmasının əhəmiyyətini vurğulayaraq, bunu üçün bir müddət öncə ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə səfər etdiyini, çox konstruktiv və səmərəli görüşlər keçirdiyini söyləyib.

Hökumət rəsmisi deyib ki, ABŞ Türkiyənin hava müdafiəsini gücləndirmək istəyini anlayır: "Amma "S-400" sistemlərinin Türkiyəyə tədarükü ilə bağlı narahatlıqlarımız var. Bunu açıq şəkildə dilə gətiririk. Bunun NATO ilə birgə əməkdaşlığa mənfi təsirləri ola bilər. Bu, Türkiyəni ABŞ Konqresində yeni qəbul edilən qanun çərçivəsində sanksiyalarla qarşı-qarşıya qoya bilər".

O bildirib ki, Türkiyənin hava müdafiəsini təmin etmək istəməsi qanunidir və bunu anlayırlar: "Bu məsələ ilə bağlı Türkiyə ilə əməkdaşlıq edərək daha yaxşı çıxış yolu tapmasına kömək etmək istəyirik. Ankarada keçən həftə bu məsələni də müzakirə etdik. Danışıqlar davam edəcək".

Əlaqədar

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb
Ərdoğan: "S-400"lə iş bitmir"
Abbasov: “Türkiyənin S-400 raket kompleksləri alması NATO-da qıcıq doğurur”
Dünyanı silkələyən S-400
Rusiya Türkiyəyə satacağı "S-400" zenit raket qurğusunun qiymətini açıqlayıb
Teqlər:
S-400, sanksiya, ABŞ Dövlət Departamenti, Türkiyə

Əsas mövzular