22:52 18 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
50 0 0

Pol Manafortun isə hələ də ona qarşı irəli sürülən ittihamları rədd etdiyi deyilir

BAKI, 24 fevral — Sputnik. ABŞ prezidenti Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasındakı müşaviri Riçard Qeyts "Rusiya işi" üzrə araşdırma çərçivəsində ona qarşı irəli sürülən ittihamları qəbul edib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin ittiham etdiyi Qeyts prokurorluqla əməkdaşlıq edərək ittihamları qəbul edib. O, Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə vermək və ABŞ-a qarşı sövdələşmədə iştirak etmək ilə bağlı irəli sürülən ittihamları qəbul edib.

Türkiyənin baş naziri Binəli Yıldırım
© AP Photo / Petros Giannakouris

Qeytsin bundan sonrakı prosesdə Müller ilə əməkdaşlıq edəcəyi və "Rusiya işi" üzrə araşdırma ilə bağlı yeni məlumatlar verə biləcəyi qeyd edilib.

Donald Trampın seçkiqabağı qərargahının sədri Pol Manafortun isə hələ də ona qarşı irəli sürülən ittihamları rədd etdiyi deyilir.

Qeyd edək ki, ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn ona qarşı irəli sürülən ittihamları qəbul edib.

Xatırladaq ki, Robert Müller ötən il "Rusiya işi" ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

Əlaqədar

Tramp axır ki, bu işin çarəsini tapdı
Tramp özünəvurğunluğun son həddində
Tramp “ən yaxşı saxta xəbər müəllifləri"ni açıqlayıb
Putin və Tramp arasında telefon danışığı olub
"Tramp Ərdoğanla danışmağa cəsarət etmədi"
Teqlər:
etiraf, ABŞ prezidenti Donald Tramp, müşavir, ittiham

Əsas mövzular