CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlginc iddia: "Google"u Osmanlı sultanı icad edib

© Publıc DomaınSultan Abdulhamid Xan
Sultan Abdulhamid Xan - Sputnik Azərbaycan
Abunə olmaq
Sultan Abdulhamid Xan gedə bilmədiyi yerlərin şəkillərini çəkdirib baxır, oradan özü üçün nəsə götürürmüş

BAKI, 23 fevral — Sputnik. "Həzrəti Nuhla oğlu cib telefonu ilə danışıb" deyən Dəniz Elmləri Fakültəsinin müəllimi doktor Yavuz Örnəkdən sonra Sakarya Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölməsinin müəllimi professor Əbubəkir Sofuoğlu da "Google"un Osmanlı sultanı Abdulhamid Xan tərəfindən icad olunduğunu iddia edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Sofuoğlu bu fikri Kütahya Bələdiyyəsinin Mədəniyyət Mərkəzində keçirilən "Vəfatının 100 illiyində Ulu Xaqan II Abdulhamid Xan" adlı konfransda səsləndirib.

O qeyd edib ki, Abdulhamid Xan imkansızlıqdan gedə bilmədiyi yerlərin fotolarını çəkdirib baxmaqla kifayətlənirmiş.

""Google"dan ilk istifadə edən, onu ilk icad edən Sultan Abdulhamid Xandır. Gedə bilmir, rabitə imkanları yoxdur, getsə, paytaxtda problemlər olacaq. Nə edir? Fotolarını çəkdirib baxır. Oradan özü üçün nəsə götürür. Bu mənada "Google"un ilk ideoloqu Sultan Abdulhamid Xandır", — deyə professor bildirib.

Sofuoğlunun fikrincə, Abdulhamid 10 il də hakimiyyətdə qalsaydı, Türkiyə bu gün dünyanın ən varlı ölkəsi idi:

""Coğrafiya qismətdir" deyirlər. Coğrafiyanın öz psixologiyası var. Sultan Abdulhamid Xan 10 il də taxtda qalsaydı, biz dünyanın ən zəngin dövləti idik. Niyə? Birinci Dünya Müharibəsi olacaqdı və biz o müharibəyə qoşulmayacaqdıq. Müharibə edən tərəflər parça-parça olacaqdı. O, özü deyirdi ki, "illərdir bu anı gözləyiəm". O, müharibəyə girməyəcəkdi. Dünyanın ən zəngin neft yataqları Yəmənə qədər hələ də bizim olacaqdı".

Xəbər lenti
0