ABŞ-dan bu ölkəyə 3.2 milyard dollarlıq silah satışına razılıq verilib

© AFP 2023 / Paul J. RichardsABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət Departamenti İsveçə 3 milyard 200 milyon dollar, Küveytə isə 259 milyon dollar dəyərində silah satışlarını təsdiq edib

BAKI, 23 fevral — Sputnik. ABŞ Dövlət Departamenti İsveçə 3 milyard 200 milyon dollar, Küveytə isə 259 milyon dollar dəyərində silah satışlarını təsdiq edib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi tərəfindən verilən yazılı açıqlamada Dövlət Departamenti tərəfindən qəbul edilən qərarın təsdiqlənmək üçün Konqresə təqdim edildiyi bildirilib.

Silah satışının bölgələrdəki güc balansına təsir göstərmədiyi bildirilən açıqlamada satışlar haqqında hələ yekun qərarın verilmədiyi deyilib.

Xəbər lenti
0