İran Suriya barədə xəbərdarlıq etdi

© AFP 2023 / ATTA KENARETehran
Tehran - Sputnik Azərbaycan
Abunə olmaq
İranın xarici işlər nazirinin müavini Abbas Arağçi Suriyadakı vəziyyətin çox mürəkkəb olduğunu bildirib

BAKI, 22 fevral — Sputnik. İrandan Suriyadakı müharibənin qonşularına da keçə biləcəyinə dair narahatlıqların artdığı açıqlaması gəlib.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Abbas Arağçi Suriyadakı vəziyyətin çox mürəkkəb olduğunu bildirib.

Regional bir müharibənin başlaya biləcəyinə dair qorxuların artmaqda olduğunu deyən Arağçi, "Bölgəmizdə müharibə qorxusu hər yerdə", — deyib.

İsrail ayın əvvəlində Suriyadakı İran hədəflərini vurmuşdu. Abbas Arağçinin açıqlamasının bu hücumun ardından gəlməsi diqqət çəkib.

Arağçi İranın Suriyadakı varlığının İsrailə qarşı yeni bir cəbhə açmaq deyil, terrorizmlə mübarizə olduğunu vurğulayıb.

Xəbər lenti
0