Rəcəb Tayyib Ərdoğandan növbəti Afrin sözü

© REUTERS / Khalil AshawiAfrin şəhərinin şimalında Azad Suriya Ordusunun döyüşçüsü, arxiv şəkli
Afrin şəhərinin şimalında Azad Suriya Ordusunun döyüşçüsü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: Bir neçə günə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq

BAKI, 20 fevral — Sputnik. Qarşıdakı günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışı zamanı deyib.

Prezident bildirib ki, şəhər mühasirəyə alınandan sonra terrorçulara kənar bölgələrdən edilən bütün yardımlar kəsiləcək.

"Hərbi əməliyyatı olduqca həssas formada həyata keçiririk. Çünki mülki şəxslərin zərər görməsini istəmirik. Biz Afrinə qarşımıza keçən hər şeyi yıxıb-dağıtmaq üçün getmirik. Bu səbəblə əməliyyat yavaş görülə bilər. Yaxın günlərdə Afrin şəhər mərkəzini tam mühasirəyə alacağıq. O andan etibarən terrorçulara kənar bölgələrdən edilən yardımlar da kəsilmiş olacaq", — Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun PYD terrorçularının əlindəki Afrin bölgəsinə əməliyyatı davam edir. Yanvarın 20-dən indiyədək davam edən əməliyyat nəticəsində 1700-ə yaxın terrorçu zərərsizləşdirilib, 70-dən çox yaşayış məntəqəsi və strateji yüksəkliklər PYD-lilərdən azad olunub.

Xəbər lenti
0