SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yəhudi aktrisa müsəlman qızdan ötrü səsləndi: İsrailə qarşı çıxın

CC0 / edu_castro27 / Israeli flagİsrail bayrağı, arxiv şəkli
İsrail bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İrlandiyalı rəssam portretin aşağısına "Bu qız əsl möcüzədir" şüarı yazıb

BAKI, 20 fevral — Sputnik. Əslən yəhudi olan amerikalı komediya aktrisası Sarah Silverman İsrail ordusunun həbs etdiyi fələstinli Ahed Tamimiyə dəstək çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb. "İnsanlar Ahed Tamimini müdafiə etməlidir" deyən aktrisa, yəhudilərə də səslənib.

"Yəhudilər təkcə özləri haqsızlığa düçar olanda ayağa qalxmamalıdırlar. Həm də bu haqsızlığı edən yəhudi İsrail dövlətinə qarşı da ayağa qalxmalıdır", — Sarah Silverman yazıb.

Ötən həftə 30-a yaxın məşhur amerikalı idmançı, aktyor, yazar, rəssam və alim də Ahed Tamimiyə dəstək verərək onun azadlığ çıxması üçün imza kampaniyası başlatmışdılar.

Sosialistlərin əfsanəvi lideri Çe Gevaranın (Che Guevara) yaddaşlardan silinməyən portretini hazırlayan irlandiyalı rəssam Cim Fitzpatrik (Jim Fitzpatrick), Ahed Tamimi üçün də eyni fonda portret hazırlayıb.

İrlandiyalı rəssam portretin aşağısına "Bu qız əsl möcüzədir" şüarı yazıb.

Xatırladaq ki, Ahed Tamimi Fələstində İsrail zülmünə qarşı göstərdiyi cəsur davranışı ilə tanınır. O, ailə üzvlərini, qardaşlarını həbs etməyə çalışarkən İsrail əsgərlərinə atdığı yumruqlarla tanınır. Üç aydır ki, həbsxanada saxlanılan Ahed Tamimi və anası Nəriman Tamimi 6 martda hərbi məhkəməyə çıxarılacaq.

Xəbər lenti
0