Türkiyədən Suriya ordusuna kəskin xəbərdarlıq: Böyük toqquşma gözlənilir

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il
Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Suriya ordusu Afrinə PYD-ni qorumağa gəlirsə, Türkiyənin qarşısını kimsə kəsə bilməyəcək"

BAKI, 19 fevral — Sputnik. "Əgər Suriya ordusu PYD terrorçularını qorumaq üçün Afrinə girsə, o zaman Türkiyə ordusunu heç kəs dayandıra bilməz". Sputnik xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu (Mevlüt Çavuşoğlu), Bəşər Əsədlə PYD arasında əldə olunan razılaşma iddialarını şərh edərkən deyib.

Afrində əsgər - Sputnik Azərbaycan
Bəşər Əsədə bağlı ordu yaxın saatlarda Afrinə girəcək

"Bu barədə yayılan iddiaları biz də eşitdik. Hələlik rəsmi açıqlama yoxdur. Suriya ordusunun Afrinə hansı məqsədlə girmək istədiyinə baxmaq lazımdır. Əgər niyyətləri PYD-li terrorçuları təmizləməkdirsə, o zaman problem yaranmaz. Yox əgər, məqsədləri PYD-yə dəstək verməkdirsə, onda türk əsgərinin Afrinə doğru hərəkətinin qarşısını heç kim ala bilməyəcək", — Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Suriyanın dövlət telekanalı bu gün rejimə bağlı ordunun Afrinə daxil olacağı xəbərini yaymışdı.

İddiaya görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib.

Nədir o şərtlər?

1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;

2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;

3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.

PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.

Xəbər lenti
0