Bəşər Əsədə bağlı ordu yaxın saatlarda Afrinə girəcək

© AFP 2023 / OZAN KOSEAfrində əsgər
Afrində əsgər - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaya görə, PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq Bəşər Əsədin bütün şərtlərinə boyun əyib

BAKI, 19 fevral — Sputnik. "Ordumuz bir neçə saat ərzində Afrində nəzarəti ələ alacaq". Sputnik xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

Afrində Türkiyə tərəfdarı döyüşçülər - Sputnik Azərbaycan
Rusiyadan açıqlama: Suriyada Türkiyənin maraqları nəzərə alınmalıdır

İddiaya görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) qarşısında tab gətirə bilməyən PYD/YPG terrorçuları Afrini Türkiyəyə təslim etməmək naminə Bəşər Əsəd rejimi ilə razılaşıb. PYD ABŞ-ın müttəfiqi olmasına baxmayaraq, Bəşər Əsədin bütün şərtlərinə boyun əyib.

Nədir o şərtlər?

1. PYD/YPG bütün silahlarını rejimə təhvil verməli;

2. Afrində PYD-yə aid 52 hərbi baza Suriya rejiminin nəzarətinə keçməli;

3. Bölgədəki bütün məktəblər və dövlət obyektləri yenidən rejimin nəzarətinə qaytarılmalıdır.

PYD-nin Afrindəki nümayəndəsi Hevi Mustafa isə yayılan məlumatı təkzib edib. Mustafa deyib ki, hələlik razılıq əldə olunmayıb və danışıqlar davam edir.

Xəbər lenti
0