10:09 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0440
  • RUB0.0225
DÜNYA
Qısa URL
729 0 0

İndi onun bir restoranı, iki gecə klubu və bir hoteli var

BAKI, 19 fevral — Sputnik. Onun əsl adı Zeynal Ərdəmdir. Amerikada isə dilə asan yatdığı üçün onu Zak Ərdəm kimi çağırırlar. Zak Ərdəm Nyu-Yorkda yaşayır. Əslən türkdür.

Ərdəm 11 yaşında Ərzincan vilayətinin kəndlərindən birində çobanlıq edərkən yerdə qəzet parçası görür. Maraq üçün oxumağa başlayır və qəzetin arxa səhifələrinin birində Nyu-York şəhərinin fotosunu görür.

Ərdəm şəhərə vurulur və Amerikaya köçməyin xəyalları ilə yaşamağa başlayır. Və o gün gəlib çatır. Ərdəm 21 yaşı olmasına baxmayaraq, risk edir və cibində cəmisi 200 dollar olmasına baxmayaraq yeni dünyaya — Amerikaya yollanır.

Altı ay Nyu-Yorkun ən sıx rayonu olan Manhattanda küçələrdə yaşayır. Sonra şəhərin ən məşhur restoranlarından olan "Nello"da özünə iş tapır. Həm ofisiantlıq edir, həm tualet təmizləməklə məşğul olur.

O, bütün bunları edərkən heç vaxt utanmır. Ancaq vaxt gəlir, Zak Ərdəm tualetini təmizlədiyi restoranın sahibinə çevrilir. Çünki qazandığı pullarla bədxərc davranmır.

Uğurlu karyerasına beləcə davam edən Zak Ərdəm gün keçdikcə daha da varlanır. İndi onun restorandan savayı iki gecə klubu və bir hoteli də var. 36 yaşlı türkün illik qazancı isə 10 milyon dollardır.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən bildirir ki, bu gün türkiyəli iş adamının restoranına gələnlər arasında "Hollivud"un tanınmış simaları — Leonardo Di Kaprio (Leonardo Di Caprio), Cenifer Lopes (Jennifer Lopes), Haq Cəkmən (Hugh Jackman), həmçinin məşhur müğənnilər Beyons (Beyonce), Castin Biber (Justin Bieber), Cey Z (Jay Z) və başqaları da var.

Əlaqədar

Zirzəmidən tapdıqları rəsm əsəri onları milyonçu edə bilər
Qətldə ittiham olunan azərbaycanlı milyonçu beynəlxalq axtarışa verildi
Zibillikdə eşələnənlər üçün şad xəbər: milyonçu olmaq şansınız var
Bir saniyəyə milyonçu oldu
"Milyonçu" proqramında sürpriz
Müəllim tualetə buraxmadı, uşaq milyonçu oldu
Teqlər:
Jay Z, Cey Z, Beyonce, Beyons, Hugh Jackman, Haq Cəkmən, Jennifer Lopes, Cenifer Lopes, Leonardo Di Caprio, Zak Ərdəm, Zeynal Ərdəm, Justin Bieber, Castin Biber, çoban, restoran, Nyu-York, Leonardo Di Kaprio, Hollivud, Amerika

Əsas mövzular