Rusiyadan açıqlama: Suriyada Türkiyənin maraqları nəzərə alınmalıdır

© REUTERS / Khalil AshawiAfrində Türkiyə tərəfdarı döyüşçülər
Afrində Türkiyə tərəfdarı döyüşçülər - Sputnik Azərbaycan
Abunə olmaq
Şamanov: Suriyanın şimalı Türkiyənin məsul olduğu bölgədir

BAKI, 17 fevral — Sputnik. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov Afrində Türkiyənin maraqlarının tanınmasının vacib olduğunu deyib. O, bu barədə yerli jurnalistlərə danışıb.

Şamanov deyib ki, Suriyanın şimalı Türkiyənin məsul olduğu bölgədir. Ona görə də, Ankaranın maraqları nəzərə alınmalıdır.

Mövzu ilə bağlı rus politoloq Maksim Jalov Sputnik Türkiyə-yə açıqlama verib. O qeyd edib ki, türk ordusu Afrinə müdaxiləyə məcbur idi. Jalov qeyd edib ki, Amerika İŞİD-ə qarşı istifadə etdiyi müttəfiqi PYD-ni Türkiyə ordusu qarşısında tək qoydu.

"PYD-li döyüşçülər ABŞ-dan kömək gözlədilər. Amma Amerika Türkiyə ilə savaşmağı gözə almadığı üçün təbii olaraq, bu köməyi onlara göstərmədi. Vaşinqtonun bacardığı PYD-yə silah göndərmək idi, onu da etdi. Bu yardımın yetərsiz olduğunu görən PYD-lilər də üzlərini məcburən Əsədə çevirdilər. Son məlumata görə, PYD Afrinə müdaxilə etməsi üçün Bəşər Əsədə müraciət edib. Bu, onu göstərir ki, Suriyada ən güclü aktyor hələ də Əsəddir" – Maksim Jalov bildirib.

Xəbər lenti
0