Professor Nanayın Türkiyə xatirəsi: “Dedi evlənək, uşağın adı Şinanay olsun”

© Photo : Adrian BoutelFəlsəfə professoru Bence Nanay
Fəlsəfə professoru Bence Nanay - Sputnik Azərbaycan
Abunə olmaq
Filosof deyib ki, Türkiyənin yeməkləri üçün çox darıxır və ilk fürsətdə bu ölkəni yenidən ziyarət etməyi düşünür

BAKI, 17 fevral — Sputnik. Macar əsilli Belçika vətəndaşı, fəlsəfə professoru Bence Nanay Türkiyədəki çətin, bir o qədər də komik xatirələri barədə "Twitter" hesabında maraqlı yazı paylaşıb. Adının türk dilindəki mənası səbəbilə İstanbulda bir xeyli tərlədiyini deyən professor, bütün bunlara baxmayaraq, bu ölkəyə aşiq olduğunu söyləyib.

"Adımın türkcə mənasını bilmirdim. Söhbət elədiyim hər kəs ismimi eşidəndə gülümsəyirdi. Sonra öyrəndim ki, mənim adımla bağlı 90-cı illərə aid məşhur mahnıları var. Hətta bəzi türk qızları mənə evlilik də təklif etmişdi. Deyirdilər, gəl evlənək, qızımız olsun, adını da Şinanay qoyaq. Çox məzəli insanlardı türklər. Həm özlərini həm də ölkələrini çox sevdim, hətta aşiq oldum da deyə bilərəm" – belçikalı professor deyib.

Sputnik Azərbaycan bildirir ki, Türkiyənin yeməkləri üçün darıxdığını deyən Nanay ilk fürsətdə bu ölkəni yenidən ziyarət etməyi düşünür.

Xəbər lenti
0