Türkiyə ilə Hollandiya arasında qiyamət qopdu: Ankara yaralı yerindən vurulur

© AP PhotoHollandiya səfirliyi qarşısında etiraz aksiyası, Ankara 12 mart 2017
Hollandiya səfirliyi qarşısında etiraz aksiyası, Ankara 12 mart 2017 - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələ ilə bağlı rəsmi Ankaradan hələlik hər hansı şərh verilməyib

BAKI, 16 fevral — Sputnik. Ankaradakı səfirini geri çağıraraq Türkiyə ilə diplomatik əlaqələri kəsən Hollandiya bu dəfə Türkiyəyə qarşı daha sərt addım atmağa hazırlaşır. Belə ki, Hollandiya parlamenti qondarma iddianı gündəmə gətirərək, 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq niyyətindədir.

Aile ve Sosyal Politikalar Bakanı olan Fatma Betül Sayan Kaya'nın ablası Ayşe Hilal Koytak müsteşar yardımcılığı görevinden istifa ettiğini açıkladı. Koytak istifa kararını Kardeşim bakanken etik olmaz diyerek aldı. - Sputnik Azərbaycan
Hollandiyada türkiyəli nazirə dəstək verənlərə cinayət işi açılıb

Sputnik Türkiyə xəbər verir ki, parlamentə bu barədə təklifi koalisiya hökumətində təmsil olunan Xristian İttifaqı Partiyası (XİP) verib. Koalisiyada yer alan digər 3 partiya da layihəyə dəstək verib.

XİP-in sədri Joel Voordevind (Joel Voordewind) jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin buna necə reaksiya verəcəyi onları qətiyyən maraqlandırmır: "Verəcəyimiz qərarlar başqalarını maraqlandırmamalıdır. Heç kəs bizə təsir göstərə bilməz. Xatırladım ki, Hollandiya beynəlxalq hüququn paytaxtıdır".

Partiya rəhbəri əlavə edib ki, bu ildən etibarən Hollandiya hökuməti hər il aprelin 24-də keçirilən anım mərasimi üçün Ermənistana rəsmi təmsilçi göndərəcək.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmi Ankaradan hələlik hər hansı şərh verilməyib. Onu da diqqətə çatdıraq ki, Türkiyə və Hollandiya NATO üzrə müttəfiq dövlətlərdir.

Xəbər lenti
0