08:49 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
37

Ötən il 2016-cı il ilə müqayisədə belə cinayətlərin sayı 5 faiz artıb

BAKI, 16 fevral — Sputnik. Ötən il Rusiyada ekstremist cinayətlərin sayı artıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, prokurorların internetdəki qanunazidd kontentlərə malik resursları bloklamaq imkanı yaranan andan internetdə 3000-ə yaxın sayt bağlanıb.

"Əvvəllər olduğu kimi yenə də ekstremizmə qarşı ciddi diqqət ayırmaq lazımdır. Ötən il 2016-cı il ilə müqayisədə belə cinayətlərin sayı 5 faiz artıb", – deyə Putin qeyd edib.

Onun sözlərinə görə, 4 il əvvəl Baş Prokurorluq ekstremist xarakterli informasiyalar olan saytların blok edilməsinə icazə alıb. Və bu illər ərzində 3 min internet səhifəsi blok edilib, 70 mindən çox sayt ekstremist fəaliyyətinə görə silinib.

"Belə sistemli işi ölkəmizi və cəmiyyətimizi təhlükə qarşısında qoyan radikal ideologiyaların yayılmasına qarşı da aparmaq lazımdır”, – prezident bildirib.

Əlaqədar

Poroşenkonun Putindən istəyi var
Kremldən Putinin səhhəti barədə açıqlama
Putin Abbasla görüşəcək
Vladimir Putin zorlama barədə lətifəyə belə reaksiya verdi
Vladimir Putinin namizədliyi qeydə alındı
Teqlər:
ekstremist, qadağa, prokurorluq, Vladimir Putin, Rusiya

Əsas mövzular