Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var

© Photo : PostaTürkiyənin tanınmış aktyoru Kadir İnanır
Türkiyənin tanınmış aktyoru Kadir İnanır - Sputnik Azərbaycan
Abunə olmaq
Rol aldığı filmlərlə 1970-80-ci illərə damğasını vuran Kadir İnanır 1949-cu ildə Türkiyənin Ordu vilayətində dünyaya göz açıb

BAKI, 16 fevral — Sputnik. Türkiyənin tanınmış aktyoru Kadir İnanırın xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilməsi ilə bağlı xəbər vermişdik. İnanır beynində yaranan problem səbəbilə xəstəxanaya aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Sputnik Azərbaycan "Posta"ya istinadən xəbər verir ki, aktyor reanimasiyadan çıxarılıb. Həkimlər onun həyati təhlükəsi olmadığını, səhhətinin yaxşı olduğunu bildiriblər.

Rol aldığı filmlərlə 1970-80-ci illərə damğasını vuran Kadir İnanır 1949-cu ildə Türkiyənin Ordu vilayətində dünyaya göz açıb. Onun ən məşhur filmləri arasında "Səlvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Sən Türkülərini Söylə", "Savaşımız", "Əlvida Katya" və s. adını çəkmək olar.

Xəbər lenti
0