İş yoldaşları ilə intim qadağan edilir

CC0 / Goumbik / BusinessOfis işçisi, arxiv şəkli
Ofis işçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Davranış kodekslərinə dəyişiklik baş nazirin müavini Barnabi Coysun seks qalmaqalından sonra tətbiq edilib

BAKI, 16 fevral — Sputnik. Avstraliyalı siyasətçilərə işdə sekslə məşğul olmaq qadağan edilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Avstraliyanın baş naziri Malkolm Ternbull Avstraliya hökumətində işləyənlərin öz iş yoldaşları ilə intim münasibətlərini qadağan edəcək.

Erotik masaj - Sputnik Azərbaycan
Bu ölkədə seks-kurort açılıb

"Davranış qaydalarına dəyişikliyin nə zaman ediləcəyi məlum deyil. Məlum olan odur ki, vətəndaş subay və ya evli olmasından asılı olmayaraq iş yoldaşı ilə seksual münasibətlərə girə bilməyəcək", – deyə Ternbull bildirib.

Davranış kodekslərinə dəyişiklik baş nazirin müavini Barnabi Coysun seks qalmaqalından sonra tətbiq edilib.

Barnabi Coys keçmiş media məsləhətçisi Viki Kempionla nikahdankənar əlaqə olub. Bu münasibət siyasətçinin 24 illik nikahının pozulması ilə nəticələnib. Siyasətçinin açıq şəkildə qızlarından və həyat yoldaşından üzr istəməsi belə vəziyyəti xilas etməyib.

Baş nazir baş verənlərin həm siyasətçinin, həm də Kempionun ailəsi üçün dəhşətli olduğunu bildirmişdi.

Xəbər lenti
0