İranın döyüş komandiri İsraili hədələdi

© AFP 2023 / ATTA KENARETehran
Tehran - Sputnik Azərbaycan
Abunə olmaq
General Qasım Süleymani İsraili sərt ifadələrlə hədələyib

BAKI, 16 fevral — Sputnik. İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani İsraili sərt ifadələrlə hədələyib.

Sputnik Azərbaycan "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, Qasım Süleymani sui-qəsd nəticəsində həyatını itirən Hizbullah komandirlərindən Dirək Muğniyə üçün Tehranda keçirilən anma mərasimində iştirak edib.

İsrailin son zamanlar Suriyada keçirdiyi əməliyyatlara toxunan Süleymani deyib ki, Tel-Əviv dəhşətli vəziyyətdə düşdüyündən, dəlicəsinə əməliyyatlar aparır.

İranlı general bildirib ki, Dirək Muğniyə və onun kimi İsrail tərəfindən öldürülən insanların qisasını bir raket atmaq və ya bir adamın öldürülməsi ilə almaq olmaz: “Bəlkə də bu rejimin bütün əsasını dağıtmaq lazımdır”.

Xəbər lenti
0