10:17 19 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Toyuqlar, arxiv şəkli

Rəqəmli yumurta görənləri heyrətə saldı

© Sputnik / Varvara Gertye
DÜNYA
Qısa URL
243 0 0

Qadın deyib ki, kim bu yumurtanı almaq istəsə, onu 1 yox, 1000 lirəyə satacaq

BAKI, 14 fevral — Sputnik. Türkiyənin Mersin şəhərinin Silifke qəsəbəsində görənləri heyrətə salan maraqlı olay yaşanıb. Ayşe Civelek adlı yaşlı qadının toyuğu, üzərində "1" rəqəmi yazılan yumurta yumurtlayıb.

Sputnik Azərbaycan "Haberturk"ə istinadən xəbər verir ki, yaşlı qadın bunun Allahın bir möcüzəsi olduğunu deyib. 

"25 ildir ki, toyuq saxlayıram. Yumurta satıram. Səhər tezdən yumurtaları götürmək üçün hinə girəndə heyrətləndim. İlk dəfə belə bir şey gördüm. Yumurtanın üzərinə rəqəm yazılmışdı. Bu, Allahın bir lütfüdür. İnanmayanlara gözəl örnəkdir", — Ayşe Civelek söyləyib.

Yaşlı qadın daha sonra deyib ki, kim bu yumurtanı almaq istəsə, onu 1 yox, 1000 lirəyə satacaq.

Əsas mövzular