04:59 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Ukrayna bayraqları

Bu MDB ölkəsində erkən seçkilər gözlənilir

© Sputnik / Grigory Kostin
DÜNYA
Qısa URL
27 0 0

Hesabatda, həmçinin bildirilir ki, müxalifət "Ukrayna prezidenti Pyotr Poroşenkonu və seçkilər ərəfəsində hakimiyyətyönümlü koalisiyanı zəiflətmək" üçün cəmiyyətdəki situasiyadan istifadə etməyə çalışır

BAKI, 14 fevral — Sputnik. Hazırkı vəziyyət Ukraynanı növbədənkənar prezident seçkilərinə apara bilər.

Sputnik Azəbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Den Koutsun Senata təqdim edilmiş hesabatında bildirilir.

Qeyd olunur ki, bunun baş verməsi üçün ölkədə kifayət qədər faktorlar var: əhalinin islahatların gedişatından narazı olması, yaşayış səviyyəsinin pisləşməsi, korrupsiyanın güclənməsi və siyasi qarşıdurmanın kəskinləşməsi.

Hesabatda, həmçinin bildirilir ki, müxalifət "Ukrayna prezidenti Pyotr Poroşenkonu və seçkilər ərəfəsində hakimiyyətyönümlü koalisiyanı zəiflətmək" üçün cəmiyyətdəki situasiyadan istifadə etməyə çalışır. Sənəd müəlliflərinin fikrincə, bütün bunlar Ukrayna iqtisadiyyatının bərpasına təhlükə yaradır və onun xarici siyasətində dəyişikliklərə səbəb ola bilər.

Ukraynada prezident və parlament seçkiləri 2019-cu ildə keçirilməlidir. Müxtəlif siyasi qüvvələr qanunverici orqanın hazırkı heyətinin fəaliyyətinin qeyri-effektiv olduğunu əsas gətirərək, Radaya növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər. Bir sıra müxalifətçilər Poroşenkonun impiçmenti ilə bağlı məsələ qaldırırlar.

Ukrayna lideri özü isə birmənalı şəkildə bəyan edir ki, növbədənkənar seçkilər islahatları ləngidəcək və ölkədəki situasiyanın destabilləşməsinə səbəb olacaq.

Əsas mövzular