00:49 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
İsrail bayrağı, arxiv şəkli

Türklər və ərəblərlə düşmənçilik edən yəhudi liderin başı dərddə

CC0 / edu_castro27 / Israeli flag
DÜNYA
Qısa URL
72010

Polis prokurorluğa ittiham aktı hazırlamasını tövsiyə edib

BAKI, 14 fevral — Sputnik. İsrail polisi baş nazir Benyamin Netanyahunun rüşvət, korrupsiya və vəzifədən sui-istifadə şübhəsinə dair kifayət qədər dəlil olduğunu bildirərək prokurorluğa ittiham aktı hazırlamasını tövsiyə edib.

İsrailin Baş naziri Benyamin Netanyahu
© Sputnik / Sergey Guneyev
İsrailin Baş naziri Benyamin Netanyahu

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadla xəbər verir ki, İsrail polisi yazılı açıqlamada Netanyahu haqqında apardığı iki fərqli korrupsiya araşdırmasını başa çatdırdığını açıqlayıb. Açıqlamada hər iki araşdırma çərçivəsində baş nazirin əleyhinə kifayət qədər sübutların əldə edildiyi bildirilib.

Baş nazir Netanyahu isə polisin iddialarının əsassız olduğunu, heç bir nəticənin əldə edilməyəcəyini söyləyib. Netanyahunun korrupsiyaya bulaşdığı dəqiqləşsə, vəzifəsindən istefa etmək məcburiyyətində qalacağı bildirilir.

Qeyd edək ki, bundan öncə İsrail baş prokuroru Avichai Mandelblit baş nazir Benyamin Netanyahu haqqındakı korrupsiya araşdırmasında son mərhələyə gəlindiyini açıqlayıb. Netanyahu korrupsiya araşdırması çərçivəsində yeddi dəfə ifadə vermişdi.

Netanyahunun həyat yoldaşı Sara Netanyahunun da korrupsiya araşdırması çərçivəsində ifadəsi alınmışdı. İddiaları rədd edən Netanyahu ölkədəki bəzi media qurumlarını hökuməti gözdən salmağa çalışmaqda günahlandırır.

Onu da diqqətə çatdıraq ki, B.Netanyahu Türkiyə və Fələstinə qarşı xüsusi düşmənçilik mövqeyi ilə tanınan siyasətçi və hökumət başçısıdır.

Əlaqədar

Məhkəmə son mərhələdə: Netanyahunu nə gözləyir?
Netanyahu haqqında 7-ci korrupsiya istintaqı
Putin-Netanyahu görüşünün ilginc detalı üzə çıxdı
Netanyahu İrandan Putinə şikayət edib
Netanyahu Putinlə niyə görüşür?
Teqlər:
Benyamin Netanyahu, prokurorluq, İsrail, rüşvət, polis, baş nazir, vəzifə, korrupsiya

Əsas mövzular