03:51 25 Fevral 2018
Canlı yayım
ABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində

Vaşinqtondan Ankaraya qarşı növbəti təxribat

© REUTERS/ Rodi Said
DÜNYA
Qısa URL
51120

ABŞ terrorçulara müasir silahlar və tank daşıya bilən zirehli avtomobillər göndərib

BAKI, 14 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı növbəti təxribata əl atıb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Suriyada Fərat çayının şərqindəki özünə aid bazadan çayın qərbindəki Menbiç (Münbiç) vilayətinə 50 TIR dolusu silah-sursat göndərib. Sözügedən silahlar türk ordusuna qarşı vuruşan PYD/YPG terrorçularına təhvil verilib.

Dəyəri milyon dollarlarla ölçülən ən müasir silahlarla yanaşı, PYD-yə tank daşıya bilən zirehli avtomobillər də göndərilib.

Qeyd edək ki, ABŞ son bir il ərzində terrorçuları 5 min TIR və 2 min təyyarə dolusu ağır silahlarla təchiz edib. Üstəlik Amerika Birləşmiş Ştatları Türkiyə dövlətinə qarşı açıq savaş aparan PYD/YPG terrorçularına 550 milyon dollar maliyyə yardımı ayırıb.

Əlaqədar

Nazir: Türkiyə-ABŞ münasibətlərinə tamamilə son qoyula bilər
Türkiyə ABŞ-ı açıq hədəfə aldı
Türkiyədən ABŞ qarşısında sərt tələb: Silahlarını yığışdır
Türkiyə ABŞ qarşısında tələb qoydu: "Dayandırın"
ABŞ terrorçuları Türkiyə sərhədinə yerləşdirir
ABŞ-dan vacib Türkiyə açıqlaması
Teqlər:
silah-sursat, türk ordusu, YPG, PYD, Suriya, Amerika Birləşmiş Ştatları, Türkiyə, ABŞ, təxribat, terrorçu

Əsas mövzular