Türkiyə terrorçuların qərargahını yerlə bir etdi – VİDEO

© Photo : Youtube / Anadolu AgencyTerrorçuların qərargahı bombalandı
Terrorçuların qərargahı bombalandı - Sputnik Azərbaycan
Abunə olmaq
Videoda terrorçuların top atəşindən sonra qərargaha girdikləri görülür

BAKI, 14 fevral — Sputnik. Türkiyənin Anadolu xəbər agentliyi Afrindəki hərbi əməliyyatla bağlı maraqlı video paylaşıb. Sözügedən videoda PYD-li terrorçular mülki geyimdə gözə çarpır.

Onlar dinc vətəndaşların yaşadıqları evlərin arasında gizlənərək oradan Türkiyə istiqamətində topdan atəş açırlar. Pilotsuz uçan aparat — İHA-lar həmin anları saniyə-saniyə qeydə alıb. Videoda terrorçuların top atəşindən sonra qərargaha girdikləri görülür. Həmin qərargah isə bir neçə dəqiqədən sonra türk qırıcıları tərəfindən bombalanır.

Sputnik Azərbaycan o anları olduğu kimi təqdim edir: 

Xəbər lenti
0