23:45 17 Fevral 2018
Canlı yayım
Türk əsgərləri Afrin bölgəsində

Türkiyədən Amerikaya təhdid: "Sizə Vyetnam acınızın 5 qatını yaşadarıq"

© REUTERS/ Khalil Ashawi
DÜNYA
Qısa URL
1884 0 0

Dövlət Baxçalı: "Əgər bu iddia təsdiqlənsə, o zaman Amerika mənim gözümdə qatil dövlət olacaq"

BAKI, 13 fevral — Sputnik. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı (Devlet Bahçeli) son günlər Amerika ilə yaşanan gərginliklə bağlı sərt açıqlamalar verib. Sputnik Azərbaycan "SABAH"-a istinadən xəbər verir ki, o, ABŞ-ın PYD/YPG terrorçularına dəstək verdiyini və bu səbəbdən türk və amerikan əsgərlərinin hər an üz-üzə gələ biləcəklərini bildirib.

"Amerika Vyetnamda yaşadıqlarını hələ də unuda bilmir. Təsirləri illərdir davam edir. 20 milyonluq bir ölkə 200 milyonluq ölkəyə acı yaşatdı. Unutmasınlar ki, Türkiyə onlara Vyetnamın 5 qatını edər", — Baxçalı vurğulayıb.

O, keçən həftə Türkiyə ordusuna aid tankın ABŞ silahı ilə vurulduğu iddiasından da danışıb: "Əgər bu iddia təsdiqlənsə, o zaman Amerika mənim gözümdə qatil dövlət olacaq".

Xatırladaq ki, 1955-ci ildə başlayıb, 1973-cü ildə başa çatan Vyetnam müharibəsi zamanı ABŞ rüsvayçı məğlubiyyət yaşayaraq bölgəni tərk etməyə məcbur olmuşdu.

Əlaqədar

Nazir: Türkiyə-ABŞ münasibətlərinə tamamilə son qoyula bilər
Amerikadan Türkiyə ilə bağlı tarixi etiraf
Türkiyədə dəhşətli xəstəlik yayılır, ölən var
Türk xüsusi təyinatlılarından böyük əməliyyat: 380 terrorçu mühasirəyə düşdü
Türkiyə 11 şəhidin qisasını aldı
Teqlər:
Devlet Bahçeli, Milliyyətçi Hərəkat Partiyası, Vyetnam, Dövlət Baxçalı, MHP, Amerika, Türkiyə, əsgər

Əsas mövzular