Versiyalar: An-148 niyə qəzaya uğrayıb?

© REUTERS / Maxim ShemetovСлужбы спасения на месте крушения самолета АН-148
Службы спасения на месте крушения самолета АН-148 - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, bu gün günorta saatlarında Moskvadan Orska uçan An-148 təyyarəsi havaya qalxandan az sonra radarlardan itib

BAKI, 11 fevral — Sputnik. Bu gün Moskva yaxınlığındakı Ramenskoye rayonunda qəzaya uğrayan An-148 təyyarəsi ilə bağlı müəmmalar yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, şahidlər və mütəxəssislər öz versiyalarını irəli sürürlər.

Qəzadan dərhal sonra An-148-in hansısa obyektlə toqquşduğu və hətta bu obyektin "Rusiya poçtu"na məxsus vertolyot olduğu iddia edilirdi. Amma sonradan bu versiya təkzib edildi.

Bəzi şahidlər bildirirlər ki, təyyarə yerə düşməmişdən əvvəl havada partlayıb. Guya ki, onlar gurultu səsi eşidiblər. Bəziləri, hətta təyyarənin havada yandığını da bildiriblər.

Qəza yerində xilasetmə qüvvələri - Sputnik Azərbaycan
Moskvada içində 71 nəfər olan təyyarə qəzaya uğrayıb - VİDEO

Bundan əlavə, təyyarənin şaxtadan donmaya qarşı maye ilə işlənmədiyi və bu səbəbdən də qəzaya uğradığı versiyası var. Məlumata görə, təyyarənin komandiri özü bundan imtina edib. Qeyd edək ki, texniki heyət təyyarənin donmaması üçün şaxtaya qarşı mayedən istifadə edir. Amma bu mayedən istifadə təyyarənin aerodinamik xüsusiyyətlərinə mənfi təsir göstərir.

Mətbuatda yayılan xəbərlərə görə, An-148 təyyarəsi çoxsaylı qayda pozuntuları ilə istismar edilirmiş. Amma uçuşdan əvvəl təyyarədə heç bir nasazlıq tapılmayıb. Uçuş zamanı isə pilotun təyyarədə nasazlıq olduğunu xəbər verdiyi bildirilir.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğunun İstintaq Komitəsi faktla bağlı cinayət işi qaldırıb. Əsas versiya olaraq hava şəraiti, insan faktoru və təyyarənin texniki vəziyyəti göstərilib. Partlayış izinə rast gəlinməyib. Amma İstintaq Komitəsi bütün versiyaların yoxlanacağını qeyd edib. 

Xatırladaq ki, bu gün günorta saatlarında Moskvadan Orska uçan An-148 təyyarəsi havaya qalxandan az sonra radarlardan itib. Bir qədər sonra onun qəzaya uğradığı məlum olub. Qəzaya uğrayan təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan biri milliyətcə azərbaycanlı Qəhrəmanov Namiq adlı şəxsdir.

Xəbər lenti
0