11:56 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
ABŞ dolları

Rusiya vətəndaşı amerikalı casuslara 100 min “atdı”

© AFP 2018 / OZAN KOSE
DÜNYA
Qısa URL
127 0 0

Ancaq söz verilən sənədlərin əvəzində MTA-ya Tramp barəsində "dəqiqləşdirilməmiş və hətta uydurma" məlumatlar ötürülüb

BAKI, 11 fevral — Sputnik. Amerika kəşfiyyatı bir neçə ay davam edən danışıqlardan sonra Rusiya vətəndaşına 100 min dolları pul ödəyib. Sputnik Azərbaycan “The New York Times”ə istinadla xəbər verir ki, pul Milli Təhlükəsizlik Agentliyindən (MTA) oğurlanan "kibersilahın" və prezident Donald Trump barəsində kompromatın qaytarılması müqabilində ödənilib.

Rusiya vətəndaşı ilə danışıqlar ikinci şəxslər vasitəsilə aparılıb və Almaniya ərazisində baş tutub. Keçən ilin payızında pul həmin şəxsə verilib.

Ancaq söz verilən sənədlərin əvəzində MTA-ya Tramp barəsində "dəqiqləşdirilməmiş və hətta uydurma" məlumatlar ötürülüb. Qəzet yazır ki, "kibersilah" barəsində informasiya isə ümumiyyətlə təqdim olunmayıb.

MTA əməkdaşları məlumatı şərh etməyiblər.

Əsas mövzular