Suriya İsrailin döyüş təyyarəsini vurdu

© AP Photo / Ariel Schalitİsrail F-16, arxiv şəkli
İsrail F-16, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə İsrail ərazisinə düşüb və pilotlar xilas ediliblər

BAKI, 10 fevral — Sputnik. Suriyanın Hava Hücumundan Müdafiə Sistemi İsrailə aid F-16 döyüş təyyarəsini vurub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda Suriyada gərgin vəziyyət davam edir. İsrail ordusundan verilən açıqlamada təyyarənin vurulması faktı təsdiq edilib. İsrail tərəfi bildirib ki, F-16 təyyarəsi Suriyada İrana aid olan hədəfləri və pilotsuz təyyarəni vuran zaman Suriya HHMS-in hücumuna məruz qalıb. Təyyarə İsrail ərazisinə düşüb və pilotlar xilas ediliblər. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu vurğulanır.

Olayla bağlı Suriya tərəfi də açıqlama verib. Rəsmi Dəməşq bildirib ki, İsrailin təcavüzü zamanı “birdən çox” döyüş təyyarəsi vurulub.

Xəbər lenti
0