21:34 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1024 0 0

Türkiyə Silahlı Qüvvələri Afrinin Nisriyye və Dükan kəndlərini terrorçulardan təmizləyib

BAKI, 9 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) "Zeytun budağı" əməliyyatında Afrinin Nisriyye və Dükan kəndlərini terrorçulardan təmizləyib. Sputnik Azərbaycan "Haberler"-ə istinadla xəbər verir ki, dünən gecə saatlarında TSQ terrorçulara aid çoxlu sayda məntəqəni bombalayıb.

Beləliklə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu əməliyyata başlayandan bəri PYD/YPG-nin ələ keçirdiyi Afrinin 5 bölgəsində 43 yaşayış məntəqəsini terrorçulardan xilas etmiş oldu.

Qeyd edək ki, bölgədən əldə edilən məlumatlara görə, dünən daha 34 terror təşkilatı mənsubu zərərsizləşdirilib. "Zeytun budağı" əməliyyatı başlayandan bəri zərərsizləşdirilən terrorçu sayı 1062 nəfər olub. Əməliyyat uğurla davam edir.

Əlaqədar

Afrindən acı xəbər: Şəhidlərin sayı 15-ə çatdı...
Afrində məhv edilən terrorçuların sayı artır
Afrində Türkiyə ordusunun tankı vuruldu, beş hərbçi həlak oldu
Afrin əməliyyatı Abdullah Öcalanın başında partladı - VİDEO
Putinlə Ərdoğan anlaşdı: Afrin və Soçi proseslərində ortaq məxrəc
Teqlər:
"Zeytun budağı" əməliyyatı, Afrin, TSQ, ASO, Azad Suriya Ordusu, Türkiyə Silahlı Qüvvələri, terrorçu

Əsas mövzular