Rezonans: İlk dəfə bu iki ölkənin orduları açıq toqquşmaya girdi

Abunə olmaq
Rusiya Suriya əsgərlərinin öldürülməsini təcavüz aktı kimi qiymətləndirib

BAKI, 8 fevral — Sputnik. Suriya ordusu PYD/YPG yaraqlılarına qarşı hücuma keçib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadla xəbər verir ki, terrorçuların Fərat çayının şərqində yerləşən məkanına edilən böyük hücum zamanı tərəflər arasında şiddətli toqquşma baş verib.

ABŞ ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Suriyadakı ABŞ hərbçilərinə həyəcan siqnalı daxil oldu: Türklər Menbiçə girir

Bununla da ilk dəfə olaraq ABŞ ordusu ilə Suriya hərbi qüvvələri arasında birbaşa qarşıdurma yaşanıb. Belə ki, basqına uğrayan YPG qərargahında Amerika hərbçiləri də olub. Qarşıdurmanın bir cəbhəsində ABŞ hərbçiləri ilə YPG-lilər, digər tərəfdə isə Suriya ordusu və "Hizbullah" yaraqlıları olub.

Toqquşma ilə bağlı ABŞ tərəfi rəsmi açıqlama verib. Açıqlamada deyilir ki, 500-dən çox rejim əsgərinin iştirak etdiyi hücumda tanklar, toplar və raketlərdən istifadə edilib. Qarşıdurmada 100-dən çox Suriya əsgərinin öldürüldüyü bildirilir. Yerli mənbələr də ABŞ döyüş təyyarələrinin Bəşər Əsədə bağlı qüvvələrə hava zərbələri endirdiyini qeyd edir.

Böyük toqquşmanı dünya mətbuatı rezonans olaraq tirajlayıb. Rusiya ABŞ-ın rəsmi açıqlamasından dərhal sonra Suriya əsgərlərinin öldürülməsini təcavüz aktı kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ bu günə qədər YPG-yə 5 mindən çox TIR dolusu silah göndərib. Bu silahlardan bir çoxu hazırda "Zeytun budağı" əməliyyatında türk əsgərlərinə qarşı istifadə edilir. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 999 terrorçu məhv edilib.

Xəbər lenti
0