Suriyadakı ABŞ hərbçilərinə həyəcan siqnalı daxil oldu: Türklər Menbiçə girir

© AP Photo / Dario Lopez-MillsABŞ ordusunun əsgərləri, arxiv şəkli
ABŞ ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda amerikalı və türkiyəli hərbçilərin arasındakı məsafə 1,5 kilometr təşkil edir

BAKI, 8 fevral — Sputnik. Menbiçdəki ABŞ hərbçiləri Türkiyə ordusunun Afrindən sonra Menbiçə doğru hərəkət edəcəyi təhlükəsindən dolayı həyəcan siqnalı alıb. Nəticədə amerikalı əsgərlər hazır vəziyyətə gətirilib.

Sputnik Azərbaycan "Haberler"- ə istinadla xəbər verir ki, Menbiçdəki ABŞ hərbçilərinin PYD/YPG terrorçuları ilə birgə keşik çəkdiyi yerdə fotoları ortaya çıxıb. Hazırda amerikalı və türkiyəli hərbçilərin arasındakı məsafə 1,5 kilometr təşkil edir.

Qeyd edək ki, Türkiyə ordusu hazırda Afrində "Zeytun budağı" adlı hərbi əməliyyat keçirir. İki həftədir davam edən əməliyyat zamanı yüzlərlə terrorçu öldürülüb, onlarla yaşayış məntəqəsi terrorçulardan təmizlənib.

Xəbər lenti
0