Kərkük nefti uğrunda yenidən savaş başladı

© AFP 2023Irak ordusu
Irak ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
İraq ordusu İran sərhədi yaxınlığındakı bölgəyə nəzarət etmək üçün hərbi əməliyyata başlayıb

BAKI, 7 fevral — Sputnik. İraq ordusu İran sərhədi yaxınlığındakı bölgəyə nəzarət etmək üçün hərbi əməliyyata başlayıb. Sputnik Türkiyə xəbər verir ki, İraq ordusundan verilən rəsmi açıqlamaya görə, həmin bölgədən Kərkükdəki xam neftin İrana ötürülməsi üçün istifadə ediləcək.

Kərkük, İraq 17 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
İraq ordusu daha bir şəhəri peşmərgədən geri aldı

İraq ordusu İraq neftinin nəql ediləcəyi İranla sərhəddəki bölgəyə nəzarəti təmin etmək üçün hərbi əməliyyata başlandığını elan edib. Ordu dağlıq bölgədə iki silahlı şəbəkənin aktiv fəaliyyət göstərməsindən narahat olduğunu bildirib.

Rəsmi Bağdad ötən ilin dekabrında Kərkükdəki xam neftin yük maşınları ilə İranın Kirmanşah bölgəsindəki neft emalı müəssisələrinə daşınacağını bəyan etmişdi. İraqla İran arasında ötən ilin 10 dekabrında əldə olunan razılığa görə, gündəlik neft ixracı 30.000 barel, gələcəkdə isə 60.000 barel olacaq.

İraqın şimalındakı Kürd Muxtariyyətinə bağlı olmayan Kərkükdəki neft və təbii qaz yataqları bir müddət əvvəl Peşmərgənin (İraq Kürdüstanındakı hərbi kürd birləşmələri) nəzarətində idi. Ancaq 2017-ci ilin oktyabrında İraq qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Şimal Neft Şirkətinə aid neft bölgələrinə nəzarət yenidən Bağdadın əlinə keçib.

Neftin yük maşınları ilə daşınmasına hələ ötən həftə başlanmalı idi. Ancaq İraqın neft sahəsi üzrə rəsmiləri gecikmənin texniki səbəblərdən baş verdiyi barədə məlumat paylaşmışdı.

Xəbər lenti
0