09:50 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Adnan Oktar

Adnan Oktar və "kediciklər" əxlaqsızlığa görə cəzalandırıldı

© Foto: Instagram / kediciklerfan
DÜNYA
Qısa URL
935 0 0

Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) ictimaiyyət arasında "Adnan hoca", "Harun Yəhya" kimi tanınan Adnan Oktara məxsus A9 telekanalına cəza kəsib

BAKI, 6 fevral — Sputnik. Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) ictimaiyyət arasında "Adnan hoca", "Harun Yəhya" kimi tanınan Adnan Oktara məxsus A9 telekanalına cəza kəsib.

Sputnik Türkiyə xəbər verir ki, RTÜK-ün İdarə Heyətinin toplantısında Oktarın A9 TV-si ilə bağlı yayımları müzakirəyə çıxarılıb.

Dəyanət Həmkarlar İttifaqının üzvləri, Dəyanət İşləri Nazirliyinə qarşı açıqlamaları səbəbindən Adnan Oktardan RTÜK-ə şikayət edib. Eyni zamanda RTÜK üzvü İlhan Taşçı, A9 loqosu altında yayımlanan verlişlərin qəbuledilməz olduğunu və onlar haqqında ölçü götürmək lazım gəldiyini söyləyib.

Sözügedən telekanalda yayımlanan "Adnan Oktar ilə söhbətlər" adlı verilişlə bağlı aparılan müzakirələrin gedişində qeyd olunub ki, verilişdə "Quran"ın bir ayəsinin şərhi zamanı musiqi parçaları səsləndirilib, gənc qız və kişilər onun sədası altında oynayıb, bir qadın isə açıq-saçıq jestlərlə Adnan Oktara yaxın məsafədə dayanaraq onun üçün rəqs elementləri nümayiş etdirib.

Üst Qurum dini formatdan çıxaraq əyləncə proqramına döndərildiyi üçün kanalı cəzalandırmağın zəruri olduğunu bildirib. Kanalda 6112 saylı Radio ve Televiziya Quruluş və Yayım Xidmətləri haqqında qanunun 8-ci maddəsində yer alan "İctimai cinsi bərabərliyə əks olan, qadınlara qarşı təzyiqləri təşviq edən və qadını istismar edən proqramlar yolverilməzdir" hökmünün pozulduğu qənaətinə gəlib.

Qurum bu səbəbdən A9 TV-yə beş dəfə proqramın yayımını dayandırma və pul cəriməsi haqqında cəza kəsib. Kanal bir ay əvvəlki reklam gəlirlərinin beş faizi qədər cərimə ödəyəcək.

RTÜK həmçinin A9 TV-nin "Xoş söhbətlər" adlı başqa bir proqramında "gizli reklam" və "məqsəddən yayınma" kimi xətalara yol verildiyini qeyd edib. TV-yə bununla bağlı da pul cəzası kəsilib.

A9 TV barədə RTÜK-ə 4 min 592 şikayət daxil olub.

Şikayətlərin əksəriyyəti Adnan Oktarın sahibi olduğu kanalın verilişlərinin əxlaq, mənəvi dəyərlər və ailələrin qorunması əleyhinə olduğu, cinsi hisslər və əxlaqsızlığı təbliğ etməsi ilə bağlıdır.

Əsas mövzular