12:06 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
573 0 0

Türkiyənin Dəyanət İşləri Nazirliyi müsəlmanlara sol əllə yeyib-içməməyi tövsiyə edib

BAKI, 6 fevral — Sputnik. Türkiyənin Dəyanət İşləri Nazirliyinin Din İşlər Ali İdarəsi növbəti qalmaqallı fətva verib. Bu fətvaya görə, müsəlmanlara sol əllə yemək və içki içmək tövsiyə olunmur.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, dini idarə bunu şeytanın da sol əllə yemək yeməsi ilə əlaqələndirib.

"Yemək və içməklə bağlı əsas qaydaları müəyyən edən Məhəmməd peyğəmbər sol əllə yeyib-içməyi xoş qarşılamayıb. O, bu məsələnin üzərində xüsusilə dayanıb. Sol əllə şeytanın yeyib-içdiyini xəbər verən peyğəmbər, bu səbəbdən də özünün sağ əllə yeyib-içdiyini bildirib. O, öz ümmətinə də xəbərdarlıq edib ki, sağ əllə yeyib-içsinlər. Öz peyğəmbərinin tövsiyə və göstərişlərini yerinə yetirmək hər bir müsəlmanın vəzifəsidir. Ona görə də, valideynlər digər yemək qaydaları ilə birlikdə uşaqlarına sağ əllə yeyib-içməyi də öyrətməlidirlər", – deyə qurumun rəsmi saytında bildirilib.

Bununla belə, fətvada qeyd olunur ki, fiziki qüsurları olan insanların sol əllə yeyib-içməsində heç bir qəbahət yoxdur.

Bir müddət əvvəl Din İşlər Ali İdarəsi boşanma haqqında da fətva vermişdi. O fətvaya əsasən, əgər kişi 3 dəfə talaq (ərəbcə "boşanma") sözünü yazsa, cütlüklər telefon, faks və elektron poçt vasitəsilə boşana bilərlər. Bu şərtlə ki, qadın bu mesajın ona əri tərəfindən göndərildiyinə əmin olmalıdır.

Qurumun qalmaqallı fətvaları bununla bitmir. Onun digər bir fətvasına görə, əgər kişi arvadını bacı və ya ana deyə çağırsa, onunla boşanmış hesab olunur.

Rəsmi veb səhifəsində nikah qaydalarını açıqlayan qurum həddi-buluğa çatmış insanların dini əsaslarla nikaha girə biləcəyini bəyan edib. Qurum nikah yaşını qızlar üçün 9, oğlanlar üçün 12 yaş müəyyən edib. Nazirlik qız uşaqlarının 9 yaşında hamilə qala biləcəklərini, oğlanların isə 12 yaşında ata olmaq imkanına malik olduğunu qeyd edib.

Əlaqədar

Fətva verildi: bitkoin İslamla qadağan edilir
Bunu bilməliyik: İslam dini idmanda hansı şərtlər və qadağalar qoyur?
İslam ölkələri hərəkətə keçir: səfirliklər Qüdsə köçürülür
İslam mənsubiyyəti, Qarabağda dolaşan yəhudi ruhları, yoxsa...?
İngilis deputatdan açıqlama: “Fələstini İslam İttifaqı xilas edəcək”
Teqlər:
sol, fətva, yemək, Türkiyə

Əsas mövzular