Kişi model qadınlar arasında gözəllik müsabiqəsinin finalına çıxdı

© Photo : İlay Dyagilev tərəfindən təqdim edilibİlay Dyagilev
İlay Dyagilev - Sputnik Azərbaycan
Abunə olmaq
22 yaşlı İlay Dyagilev müsabiqədə şımkentli Arina Əliyeva adı altında çıxış edib.

BAKI, 4 fevral — Sputnik. Almatı şəhərindən olan oğlan qadınlar arasında keçirilən Miss Virtual Kazakhstan gözəllik müsabiqəsinin finalına çıxıb. 

Sputnik Qazaxıstan-ın məlumatına görə, 22 yaşlı İlay Dyagilev müsabiqədə şımkentli Arina Əliyeva adı altında çıxış edib.

Dyagilev finalda kişi olduğunu etiraf edib. O, mərc səbəbindən müsabiqədə iştirak etdiyini bildirib. 

"Əvvəllər qadınlarda təbii gözəllik daha çox idi. İndisə onlar trendlə ayaqlaşmağa çalışaraq eyni cür boyanırlar, eyni cür geyinirlər və hesab edirlər ki, gözəldirlər" — Dyagilev deyib. 

Model işləyən Dyagilev müsabiqədə iştirakı ilə diqqəti təbii gözəlliyə yönəltmək istəyirmiş. O, maneəsiz olaraq finaladək gəlib və qazaxıstanlı tamaşaçıların böyük rəğbətini qazanıb.

Xəbər lenti
0