Müğənnini oğurlamağı planlaşdıran şəxs ələ keçirildi

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da müğənni Lana Del Reyi oğurlamağı planlaşdıran şəxs tutulub

BAKI, 4 fevral — Sputnik. Amerikanın Orlando şəhərində (Florida ştatı) polis məşhur müğənni Lana Del Reyin oğurlanması cəhdinin qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, Maykl Hant adlı şəxs müğənnini konsert zamanı oğurlamağı planlaşdırıb. Həmçinin onun üzərində silah olub. Şübhəli şəxs fevralın 2-də Orlandodakı "Amway" mərkəzi yaxınlığında müğənniyə yaxınlaşmazdan öncə saxlanılıb.

Xəbər lenti
0