Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"O müğənninin ayağı bizim ölkəyə dəyməsin!"

Abunə olmaq
"Lazım gəlsə, prezidentin qəbuluna da gedəcəyik"

BAKI, 2 fevral — Sputnik. Seneqalda 30 qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri amerikalı pop-müğənni Rihannanı ölkədə görmək istəmədiklərini söyləyiblər. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, onlar bununla bağlı hökumətə məktub da ünvanlayıblar.

"Biz müğənni Rihannanın sabah paytaxt Dakarda keçiriləcək Təhsil üzrə Qlobal Tərəfdaşlıq Konfransında iştirakını istəmirik", — məktubda qeyd olunub.

© AFP 2023 / ANGELA WEISSPop-müğənni Rihanna
Pop-müğənni Rihanna - Sputnik Azərbaycan
Pop-müğənni Rihanna

QHT üzvləri Rihannanın yaşadığı həyat tərzinin, üzvü olduğu Mason təriqətinin Seneqalın sosial-mədəni dəyərləri ilə örtüşmədiyini bildiriblər. "Lazm gəlsə, Rihannanın təyyarəsinin qarşısında duracağıq, parlamentə, Daxili İşlər Nazirliyinə, hətta prezidentin qəbuluna gedəcəyik", — QHT-çilər söyləyiblər.

Xatırladaq ki, sabahkı konfransda Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) və Seneqalın dövlət başçısı Maki Sall (Macky Sall) da iştirak edəcəklər.

Xəbər lenti
0