21:57 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
213 0 0

Raketlərdən biri Gülltepe məhəlləsindəki 3 mərtəbəli evə düşüb və 17 yaşlı bir qız həyatını itirib

BAKI, 31 yanvar — Sputnik. Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna 2 raket atılıb. Nəticədə 17 yaşlı bir qız həyatını itirib, 1 nəfər də yaralanıb.

Sputnik Azərbaycan "Haberler"-ə istinadla xəbər verir ki, raketlərdən biri Gülltepe məhəlləsindəki 3 mərtəbəli evə düşüb və 17 yaşlı qız həyatını itirib. Əraziyə çoxlu sayda polis, yanğınsöndürmə və səhiyyə briqadası cəlb edilib. Yaralanan 1 nəfər isə xəstəxanaya aparılıb. Təhlükəsizlik qüvvələri hadisə yerindəki araşdırmalarını davam etdirir.

Dünən də Reyhanlı və Kilisə bir neçə raket atılmışdı. Hücum nəticəsində ölüm qeydə alınmayıb. "Zeytun budağı" hərəkatının başladığı 20 yanvar tarixindən bəri Kilisə 20 raket atılıb, biri Suriya əsilli olmaqla 2 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

Əlaqədar

Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var
Suriyadan Afrin əməliyyatına cavab: Türkiyə ərazisi raket atəşinə tutuldu
Teqlər:
Reyhanlı rayonu, Hatay vilayəti, Afrin bölgəsi, qız, raket, Suriya, Türkiyə, hücum

Əsas mövzular