"Uçan vanna" interneti fəth edir – VİDEO

CC0 / MikesPhotos / vannaVanna, arxiv şəkli
Vanna, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alman bloqgerlər komandası uçan vanna düzəldərək onu uğurla sınaqdan keçiriblər

BAKI, 31 yanvar — Sputnik. “The Real Life Guys” alman bloqqerlər komandası hamam vannası qiyafətində yaratdıqları dronu uğurla sınaqdan keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, eksklüziv uçan aparat adi emallı hamam vannasının üzərinə quraşdırılıb. Vanna möhkəm karkas və mühərrik avadanlıqları ilə haşiyələnib. Uçan aparatın müəllifləri onu əvvəlcə idman zalında sınaqdan keçiriblər. Sonra isə açıq havaya çıxarıblar.

Vannanın ilk uçuşunun görüntüləri youtube-da yayımlanıb.

Bu ideya bloqqerlərdən birinin ağlına gəlib. O, kağız üzərində uçan elementin təsvirini və layihəsini cızıb, sonra dostları ilə birlikdə işə başlayıb.

Uçan vanna yaşadıqları şəhərciyin əhalisinin diqqətini cəlb edib. Görüntülərdə uçan vannanın mühəndislərindən birinin onunla mağazaya gəldiyi, bazarlığını edərək geri qayıtdığı əksini tapıb.

Xəbər lenti
0