04:04 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Motorwagen

Avtomobillərin "atasının" doğum günü

© Foto : Public domain
DÜNYA
Qısa URL
33 0 0

1886-cı ildə sınaqdan keçirilən Motorvagen 1887-ci ildə Paris sərgisində nümayiş etdirilib, 1888-ci ildə isə onun satışına başlanılıb

BAKI, 29 yanvar — Sputnik. Alman mühəndis Karl Benz 1886-cı ildə ilk motorlu nəqliyyat vasitəsini nümayiş etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, düzəltdiyi ilk motorun patentini 1879-cu ildə alıb. 1885-ci ildə isə satış məqsədilə istehsal olunan və benzin motoru ilə işləyən ilk avtomobilin — Motorvagenin istehsalını başa çatdırıb.

Onun avtomobilinin 3 təkəri olub. Avtomobil arxa təkərlər arasında quraşdırılan dördtaktlı benzin mühərriki ilə hərəkətə gətirilirmiş. 1886-cı ildə sınaqdan keçirilən Motorvagen 1887-ci ildə Paris sərgisində nümayiş etdirilib, 1888-ci ildə isə onun satışına başlanılıb.

O, "Benz" şirkətinin yaradıcısıdır. Sonradan bu şirkətin əsasında "Daimler-Benz", "Mercedes-Benz" və "Daimler-Chrysler" şirkətləri yaranıb.

Əlaqədar

Gələn ildən öz avtomobillərimiz olacaq
Avtomobil bazarındakı son durum ürəkaçan deyil
Avtomobil bazarında vəziyyət necədir
Avtomobil sahiblərinin ürəyindən xəbər verən təklif
Teqlər:
Motorvagen, motor, Karl Benz, avtomobil

Əsas mövzular