Həyat yoldaşı Trampı atır?

© REUTERS / Carlos BarriaABŞ prezidenti Donald Trump və birinci xanım Melania Trump
ABŞ prezidenti Donald Trump və birinci xanım Melania Trump - Sputnik Azərbaycan
Abunə olmaq
Melani Trampın Davosa getməyəcəyini açıqlaması "boşanırlar" iddiasının ortaya çıxmasına səbəb olmuşdu

BAKI, 28 yanvar — Sputnik. Hər verdiyi qərar, hər atdığı addımla qalmaqal yaradan ABŞ prezidenti Donald Tramp barəsində yeni bir iddia yayılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi də Donald Trampın həyat yoldaşı Melania Trampla ayrılacağı iddia edilir.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Donald Tramp günahkarları tapıb

Qeyd edək ki, Donald Tramp Davosda keçirilən iqtisadi foruma qatılmamışdan bir neçə gün öncə onun Melanianı pornoqrafik filmlərdə çəkilən qadın aktrisalarla aldatdığı, qızı yaşındakı mətbuat katibi Hop Hikslə eşq yaşadığı iddiası yayılmışdı.

Bunun ardınca Melania Trampın Davosa getməyəcəyini açıqlaması "boşanırlar" iddiasının ortaya çıxmasına səbəb olmuşdu. İngiltərənin "Daily Mail" tabloidi isə yazmışdı ki, xəyanət iddiaları ortaya çıxandan sonra Melania Vaşinqtondakı otellərdən birində gecələyib. Bütün bunlar həyat yoldaşına qarşı soyuqluğunu heç bir zaman gizlətməyən Melanianın qəti qərara gəldiyi söz-söhbətinə səbəb olmuşdu.

Amma ABŞ-ın birinci ledisinin mətbuat katibi Stefani Qrişam iddiaları təkzib edib. O, xəbərlərin heç birinin doğru olmadığını vurğulayıb: "Yanlış xəbərlər yayılıb. Bunların heç biri həqiqət deyil. Birinci ledinin Davosa getməməsinin səbəbi vaxt və məsafə ilə bağlıdır".

Od olmayan yerdən tüstü çıxmaz deyirlər… 

Xəbər lenti
0