Əsgərlər canlı ilanları dişlədilər – VİDEO

© REUTERSİndoneziyalı əsgərlər
İndoneziyalı əsgərlər - Sputnik Azərbaycan
Abunə olmaq
İndoneziyada səfərdə olan ABŞ müdafiə naziri üçün keçirilən hərbi nümayiş izləyənləri heyrətə salıb

BAKI, 28 yanvar — Sputnik. İndoneziyalı əsgərlər ölkəyə səfər edən ABŞ müdafiə naziri Ceyms Mattisin yanında hünərlərini nümayiş etdiriblər.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, görüntülərdə əsgərlərin kisələrdən çıxardıqları diri ilanları dişlədiyi və ilanların qanını bir-birinə atdıqları görünür. Bu qəribə nümayiş Mattisin diqqətini çəkib.

Gözü bağlı əsgərin yoldaşının ayağındakı şara atəş etməsi, od üzərində yeriməsi və sinələri üzərində beton qırması kimi bacarıqları hamının təəccübünə səbəb olub. Aksiyanın sonunda əsgərlər polis itləri ilə birlikdə təşkil olunan girov azad etmə əməliyyatına qoşulub. Bu zaman vertolyotlardan "Mission Impossible" filminin musiqisi çalınıb. Mattis, "nümayişi izləyincə əsgərlərə nə qədər yaxşı təlim verildiyini anlaya bilərsiniz" deyib.

Xəbər lenti
0