Məşhur klubdan fantastik məbləğ: 3 oyunçuya 700 milyon

© Sputnik / Alexey KudenkoФутбольный мяч. Архивное фото
Футбольный мяч. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl Fransanın PSJ klubunun braziliyalı Neymarı Madrid klubuna buraxmağa hazır olduğu bildirilirdi

BAKI, 27 yanvar — Sputnik. İspaniyanın "Real" Madrid futbol klubu hücumçu Hari Keyn ("Tottenhem"), yarımmüdafiəçi Eden Azar ("Çelsi") və qapıçı David De Xeanı ("Mançester Yunayted") almaq qərarına gəlib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, klub bu futbolçular üçün ümumilikdə 500 milyon funt (700 milyon dollardan çox) xərcləmək niyyətindədir.

"Real" Keyn və Azarın hər biri üçün 200 milyon ödəyərək, transfer rekordunu qıracaq. De Xea üçün isə 100 milyon xərcləmək nəzərdə tutulub. Bundan əlavə, kral klubu istefası gözlənilən Zinəddin Zidanın əvəzinə baş məşqçi postuna "Tottenhem"ə başçılıq edən Maurisio Pokettinonu dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Fransanın PSJ klubunun braziliyalı Neymarı Madrid klubuna buraxmağa hazır olduğu bildirilirdi. Əsas şərt kimi PSJ-nin Çmpionlar Liqasının qalibi olmasıdır. "Real" Neymarın keçidi üçün Kriştianu Ronaldunu qurban verməyə hazırdır.

Xəbər lenti
0