"Facebook" və "Google" bəşəriyyət üçün təhlükədir"

© AFP 2023 / ERIC PIERMONTАмериканский миллиардер Джордж Сорос, фото из архива
Американский миллиардер Джордж Сорос, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Google və Facebook məqsədyönlü şəkildə təklif etdikləri xidmətlərdən asılılıq yaradırlar, bu isə, xüsusən gənclər üçün çox ziyanlıdır"

BAKI, 27 yanvar — Sputnik. ""Facebook" və "Google" şirkətləri müasir cəmiyyətin adekvat fəaliyyət göstərməsinə təhlükədir". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən milyarder Corc Soros bəyan edib. 

Onun fikrincə, internet nəhənglərin belə sərt siyasət keçirməyə ixtiyarları yoxdur: şirkətlər insanları idarə edərək onlarda öz məhsullarından asılılıq yaratmaqla müasir demokratiyaya təhlükə yaratmamalıdırlar. 

Soros qeyd edib ki, Google və Facebook məqsədyönlü şəkildə təklif etdikləri xidmətlərdən asılılıq yaradırlar, bu isə "xüsusən gənclər üçün çox ziyanlıdır". 

"Sosial media sahəsində işləyən şirkətlər sosial mühiti istismar edirlər və insanların xəbəri olmadan onların davranışına təsir edirlər", — maliyyəçi bəyan edib. 

Sərmayəçi sosial şəbəkələri qumarla müqayisə edib və sosial şəbəkələr sahəsində işləyən şirkətləri istifadəçilərin diqqəti ilə manipulyasiya etməkdə günahlandırıb. 

Soros qeyd edib ki, bütün bunlar sırf korporasiyaların öz şəxsi kommerisya maraqlarını güdməsi səbəbindən baş verir. 

"Onların demək olar ki, inhisarçı distribütor olmaları faktı bu şirkətləri ictimai alətə çevirirlər. Onlar rəqabətin və ədalətli ümumi imkanların saxlanılmasına, innovasiyaların inkişafına yönəlik sərt qaydalara tabe olmalıdırlar", — Soros fikrini yekunlaşdırıb. 

Xəbər lenti
0