Yaponiyanın ən böyük adası silkələndi

© AFP 2023 / JIJI PRESS / STRYaponiyada zəlzələ, arxiv şəkli
Yaponiyada zəlzələ, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ adadan 103 km şimalda, 64 km dərinlikdə meydana gəlib

BAKI, 25 yanvar — Sputnik. Yaponiyada 6.4 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkanlar Yaponiyanın ən böyük və çox insan yaşayan Honsünün adasında daha çox hiss olunub. Zəlzələ adadan 103 km şimalda, 64 km dərinlikdə meydana gəlib.

Qeyd edək ki, ötən gün Alyaskada da 8.2 bal gücündə zəlzələ baş verib. ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin Alyaskanın Kodiak qəsəbəsindən 280 km cənubda, 10 km dərinlikdə olduğunu açıqlayıb.

Xəbər lenti
0