Türk pilotun 30 saniyəlik manevri dünyanı şoka saldı

© AP Photo / Petros KaradjiasTürk qırıcısı, arxiv şəkli
Türk qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türk pilotun tuneli darmadağın etmək üçün verdiyi qərar dünya mediasında geniş rezonans doğurub

BAKI, 23 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsinə hücum planının tərkib hissəsi olan "Zeytun budağı" əməliyyatında türk pilot dünya hərb tarixinə düşəcək addım atıb.

Sputnik Azərbaycan xəbər verir ki, türk pilot Afrin vilayətində terrorçuların dağdakı tunelə yerləşdirilən silah anbarını inanılmaz manevr nəticəsində yerlə-yeksan edib. Pilot təpənin altında silah anbarını görüb. Anlayıb ki, təpənin altında olduğundan anbarın yuxarıdan bombalanması effekt verməyəcək. Belə olan təqdirdə pilot öz həyatını təhlükəyə atıb, yerə 20 metr məsafəyə qədər yaxınlaşaraq tunellə paralel vəziyyətə gəlib və raketi tunelə buraxıb. Nəticədə terrorçuların silah anbarı darmadağın olub. Bunu anbarın yerləşdiyi təpənin dalından çıxan duman da təsdiqləyib.

Pilotun qırıcı ilə bu manevri etməsi üçün cəmi 30 saniyə vaxtı olub. "Əgər pilot vaxtı və manevri düzgün planlaşdırmasaydı, öz raketi ilə özünü vura bilərdi. Üstəlik, bu əməliyyat həm də ona görə riskli idi ki, qırıcı torpağa son dərəcə yaxınlaşmışdı və onun torpaqla toqquşması an məsələsi idi" — deyə keçmiş döyüşçü pilot, professor Mesut Hakkı Caş türk pilotun inanılmaz manevrini qiymətləndirərkən deyib.

Türk pilotun tuneli darmadağın etmək üçün verdiyi qərar dünya mediasında geniş rezonans doğurub.

Xəbər lenti
0