BMT-də gözlənilməz istefa

© REUTERS / Lucas JacksonBMT yığıncağı
BMT yığıncağı - Sputnik Azərbaycan
Abunə olmaq
Şeyx Əhməd fevral ayında başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını istəyib

BAKI, 23 yanvar — Sputnik. BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail uld Şeyx Əhməd istefa verib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin köməkçisi Stefan Düjarik bildirib.

© AP Photo / Hani MohammedBMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail uld Şeyx Əhməd. 20 mart 2016-cı il
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail uld Şeyx Əhməd. 20 mart 2016-cı il - Sputnik Azərbaycan
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmail uld Şeyx Əhməd. 20 mart 2016-cı il

"Cənab Əhməd fevral ayında başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını istəyib" — Düjarrik qeyd edib.

Xatırladaq ki, Afrika ölkəsi Mavritaniyadan olan diplomat 2015-ci ildə BMT baş katibinin Yəmən üzrə xüsusi elçisi təyin edilmişdi. Şeyx Əhməd son iki ildə Yəmən hökuməti ilə üsyançı husilər arasında dəfələrlə görüş təşkil etsə də, danışıqlar nəticəsiz yekunlaşıb.

Xəbər lenti
0