Həmin gün bir anda 830 min adam ölüb

© AFP 2023 / STRÇində zəlzələnin fəsadları, arxiv şəkli
Çində zəlzələnin fəsadları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şensi əyalətinin bir sıra rayonlarında bir nəfər də olsun sağ insan qalmayıb

BAKI, 23 yanvar — Sputnik. Zəlzələlər Yer qabığında baş verən proseslərin zahiri təzahürüdür. Zəlzələlər, əsasən, tavaların hərəkəti ilə bağlı bu və ya başqa sahədə qısa müddət ərzində yaranmış gərginliyin çıxışı zaman əmələ gəlir. Bu vaxt Yer səthində üfüqi və şaquli hərəkət müşahidə olunur.

1556-cı ildə Çində baş vermiş dəhşətli zəlzələ 830 min insanın həyatına son qoyub. Tarixin ən dağıdıcı zəlzələsi sayılan həmin yeraltı təkanın gücü 11 bala çatıb. Nəticədə Şensi əyalətinin bir sıra rayonlarında bir nəfər də olsun sağ insan qalmayıb. Bu zəlzələ həlak olanların sayına görə tarixdə ən dəhşətli zəlzələlərdən biri sayılır.

Xəbər lenti
0