Vaşinqton gözlənilmədiyi halda Türkiyəyə dəstək nümayiş etdirdi

© Sputnik / David B. GleasonPentagon
Pentagon - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə hava əməliyyatına dair ABŞ-ı xəbərdar etmişdi"

BAKI, 22 yanvar — Sputnik. "Türkiyənin haqlı olaraq təhlükəsizliklə bağlı narahatlıqları var. Bu məsələdə Türkiyə dürüst davranır və hava əməliyyatlarına dair ABŞ-ı xəbərdar edib".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

ABŞ mediasında yer alan xəbərlərə görə, Mattis Cənub-Şərqi Asiyaya gedərkən təyyarədə jurnalistlərə bu barədə açıqlama verib. O, Türkiyənin önəmli bir NATO ölkəsi və Birləşmiş Ştatların müttəfiqi olduğunu vurğulayıb.

Bundan başqa, Mattis Afrində keçirilən əməliyyatda bölgədə yerləşən ABŞ hərbçilərinin risk altında olmadığını bildirib.

Xəbər lenti
0