18:58 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
76 0 0

Söhbət bir neçə milyon avrodan gedir

BAKI, 22 yanvar — Sputnik. İspaniyanın vergi xidməti orqanları məşhur Kolumbiya müğənnisi Şakiranın vergidən yayındığını güman edərək prokurorluğa müraciət ediblər.

“Report” xəbər verir ki, söhbət bir neçə milyon avrodan gedir.

Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.

Əlaqədar

Osmanlı: “Azərbaycanda aksiz vergisinin artırılmasına ehtiyac yoxdur”
Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib
Amaşov: “İstərdik ki, qəzet və jurnallar vergilərdən azad olunsun”
Vergilər Nazirliyi ilə bağlı qərar verildi
Benzinin aksiz vergisi qalxdı
Atakişiyev: “Büdcəyə vergi daxilolmaların artırılması prioritet təşkil edir”

Əsas mövzular